KATV1-dən narazılıq: 3 gündür ki...

saytların hazırlanması

Evə çatdırılma

KATV1-dən narazılıq: 3 gündür ki...

Sosial

14 Oktyabr 2026 09:04 100


Oruc Muxtarov adlı vətəndaş KATV1 internet provayderinin göstərdiyi xidmətin keyfiyyətinə etiraz bildirib.

“Yeni Sabah” xəbər verir ki, bir neçə gündür ciddi bağlantı problemləri ilə üzləşən abunəçi VPN istifadə etmədən və ya DNS tənzimləmələrini dəyişmədən "Instagram", "Facebook", "WhatsApp" və "Google" kimi əsas platformalara daxil ola bilmir.

O.Muxtarov provayderin məsuliyyətsizliyindən gileylənib. O, 127 müştəri xidmətlərinə zəng edən istifadəçilər xəttə dəqiqələrlə gözlədildiklərini, lakin zənglərə cavab verilmədiyini və bu zaman mobil balanslarındakı vəsaitin boşa getdiyini bildirib. Xidmət haqqının alternativ seçim verilmədən 15 manatdan 25 manata qaldırıldığını xatırladan narazı müştəri ödənilən məbləğin qarşılığının verilmədiyini və internetin kəsildiyi 3 günün təzminatının ödənilməsini tələb edib. Dördpendirli pizza

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!