Keçiddən istifadə etməyənlər cəzalandırıldı

Keçiddən istifadə etməyənlər cəzalandırıldı

Sosial Veb saytların hazırlanması

07 Dekabr 2023 19:09 433


Şəki və Balakəndə piyadaların iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin qarşısının alınması, eləcə də yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçən şəxslərin müəyyən edilməsi məqsədilə nəzarət-profilaktik tədbirlər keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, yol polisi əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı piyada keçidlərindən istifadə etməyərək öz həyatları ilə yanaşı, digər hərəkət iştirakçılarına da ciddi təhlükə yaradan piyadalar saxlanılıb. Onlara yol hərəkətinin təhlükəsizliyi barədə məlumat verilib və barələrində qanunamüvafiq tədbirlər görülüb.

Həmçinin, piyada keçidlərində piyadalara yol verməyən sürücülər də aşkarlanaraq inzibati məsuliyyətə cəlb olunublar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!