Keçmiş polis dəm qazından boğularaq öldü

saytların hazırlanması

Evə çatdırılma

Keçmiş polis dəm qazından boğularaq öldü

Sosial

03 Fevral 2022 11:24 633


Qax şəhər sakini dəm qazından boğularaq ölüb.

Yenisabah.az Report-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında şəhər ərazisində yaşayış evlərindən birində baş verib.

Belə ki, şəhər sakini 1955-ci il təvəllüdlü Fəxrəddin Qulu oğlu Məmmədov yaşadığı evin vanna otağında dəm qazından zəhərlənərək ölüb. Onun meyiti vanna otağında həyat yoldaşı tərəfindən aşkarlanıb. Dominos pizza

Qeyd edək ki, 67 yaşlı Fəxrəddin Məmmədov təqaüddə olan polis mayorudur. O, uzun illər Qax Rayon Polis Şöbəsində sahə müvəkkili vəzifəsində çalışıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!