Kəlbəcərdə həlak olan baş leytenanta şəhid statusu verildi

saytların hazırlanması

Evə çatdırılma

Kəlbəcərdə həlak olan baş leytenanta şəhid statusu verildi

Sosial

01 Fevral 2022 11:40 635


Kəlbəcər rayonunun Alagöllər sahəsində hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən itkin düşəndən üç gün sonra meyiti tapılan baş leytenant Fuad Bağırova şəhid statusu verilib. 

Bu barədə Yenisabah.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

“Qanunvericiliyə əsasən, Kəlbəcərdə həlak olan hərbi qulluqçularımıza şəhid statusu verilib", - məlumatda qeyd edilib. Pepperoni pizza

Xatırladaq ki, Fuad Bağırov yanvarın 29-da 3 hərbçi yoldaşı ilə birlikdə Kəlbəcər rayonunun Alagöllər sahəsində hava şəraitinin qəfil dəyişməsi və çovğun olması səbəbindən ərazidə istiqaməti itirərək azıb. Aparılan axtarışlar zamanı həmin gün kiçik çavuş Hüseynov Cavid Rauf oğlu, əsgər Hüseynov Maşallah Rövşən oğlu və əsgər Kərimov Yasin Yavər oğlu sağ tapılıb, hərbi hospitala yerləşdirilib. Davam edən axtarışlar zamanı baş leytenant F.Bağırovun nəşi ötən gün tapılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!