Kəlbəcərdə itkin düşən baş leytenantın nəşi tapıldı

saytların hazırlanması

Evə çatdırılma

Kəlbəcərdə itkin düşən baş leytenantın nəşi tapıldı

Sosial

31 Yanvar 2022 13:35 836


Azərbaycan Ordusunun Kəlbəcərdə itkin düşən baş leytenantının nəşi tapılıb.

Bu barədə Yenisabah.az-a Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətində yerləşən bölmələrinin şəxsi heyəti və xüsusi texnikanın cəlb olunması, eləcə də Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının iştirakı ilə aparılan axtarış-xilasetmə tədbirləri nəticəsində itkin düşən baş leytenant Bağırov Fuad Allahverdi oğlunun nəşi yanvarın 31-i saat 12:30 radələrində tapılaraq müvafiq qaydada ərazidən təxliyə edilib. Pepperoni pizza

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçumuzun yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir.

Allah rəhmət eləsin!


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!