Kəmaləddin Heydərov rus generalla necə görüşüb?

Kəmaləddin Heydərov rus generalla necə görüşüb?
Noy 13, 2019 08:21
Oxunma sayı: 930

Rusiya Federasiyasının Müdafiə naziri, ordu generalı Sergey Şoyqu Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovla yaxın dostdur.

“Yeni Sabah” xəbər verir ki, Unikal.org-un əldə etdiyi məlumata görə, Şoyqu ilə Heydərovun dostluq münasibətlərini bir çeçen vasitəsi ilə Fövqəladə Hallar nazirinin birinci müavini, general-leytenant Rəfail Mirzəyev tanış edib. Bu tanışlıqdan sonra iki nazir arasında dostluq münasibəti yaranıb. Nazirlərin müntəzəm olaraq görüşdüyü bildirilir.

Qeyd edək ki, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov oliqarx nazir kimi tanınır.

Yenisabah.az