“Kəpəz” bu mövsüm Gəncədə oynaya bilməyəcək

saytların hazırlanması

Evə çatdırılma

“Kəpəz” bu mövsüm Gəncədə oynaya bilməyəcək

İdman

23 Aprel 2026 14:30 101


"Kəpəz" cari mövsümün qalan hissəsində də Gəncə stadionunda oyun keçirə bilməyəcək.

"Yeni Sabah" Report-a istinadla xəbər verir ki, daha əvvəl may ayında arenada oyunların keçirilə biləcəyi bildirilsə də, bu planın reallaşması mümkün olmayacaq.

Əsas səbəb ot örtüyünün yenilənməsi prosesidir. Belə ki, arenada toxum səpini aprelin 15-də həyata keçirilib və ot örtüyünün tam hazır vəziyyətə gəlməsi üçün minimum 45, maksimum 60 gün tələb olunur. Bu müddət isə may ayına qədər işlərin yekunlaşmasına imkan vermir.

Bundan əlavə, arenada bəzi işlər hələ yekunlaşmayıb. Stadionun paltardəyişmə otaqları və bir sıra texniki detallar tam hazır vəziyyətə gətirilməlidir.

Mayın sonlarında FIFA nümayəndələrinin arenaya baxış keçirməsi planlaşdırılır. Bu, 2027-ci ildə Özbəkistan və Azərbaycanın birgə təşkil edəcəyi U-20 dünya çempionatının oyunlarından birinin Gəncədə keçirilməsi ehtimalı ilə bağlıdır.

Xatırladaq ki, yenidənqurma işləri səbəbindən "Kəpəz" artıq üç mövsümdür ev oyunlarını doğma meydandan kənarda keçirir. Komanda bu müddətdə Qəbələ, Tovuz və Yevlax şəhərlərində oynayıb.

"Kəpəz"in Gəncə stadionuna dönüşü 2026/2027 mövsümünə planlaşdırılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!