Kərim Vəliyevin Baş Qərargah rəisi kimi ilk görüntüsü

saytların hazırlanması

Evə çatdırılma

Kərim Vəliyevin Baş Qərargah rəisi kimi ilk görüntüsü

Sosial

30 İyul 2021 13:27 1454


Xəbər verdiyimiz kimi, Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti zabit heyətinin ixtisasartırma və təkmilləşdirmə kurslarının gedişi ilə maraqlanmaq üçün ümumqoşun poliqonlarından birində olublar.

“Yeni Sabah” bildirir ki, Azərbaycan Ordusunun Baş Qərargah rəisi, general-leytenant Kərim Vəliyev yeni vəzifəsində ilk dəfə bu tədbirdə iştirak edib.

Xatırladaq ki, iyulun 23-də Prezident İlham Əliyevin imzaladığı sərəncamla general-leytenant Vəliyev Kərim Tofiq oğlu Azərbaycan Respublikası müdafiə nazirinin müavini – Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsindən azad edilərək, Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi təyin edilib. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!