Kəşfiyyat müharibə xəbərlərini Baydendən gizlədir 

saytların hazırlanması

Evə çatdırılma

Kəşfiyyat müharibə xəbərlərini Baydendən gizlədir 

Dünya

17 May 2023 12:56 722


ABŞ prezidenti Co Bayden Ukrayna münaqişəsinin gedişi ilə bağlı natamam kəşfiyyat məlumatları alır. 

Modern.az xəbər verir ki, bu barədə amerikalı jurnalist Seymur Herş bildirib.

“Mənə dedilər ki, müharibə ilə bağlı tam kəşfiyyat məlumatları prezidentə çatmır. Co Baydenın çıxışları ABŞ Milli Kəşfiyyatının direktoru Avril Haynes tərəfindən hazırlanmış materiallara əsaslanır",- o deyib. Marqarita pizza

Məşhur jurnalist, həmçinin qeyd edib ki, Baydenin mənbələri ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börnsü Moskva və Pekinlə münasibətlərə daha balanslı yanaşmanın tərəfdarı kimi qiymətləndirir.

"O, Vaşinqtonun dünya ilə bağlı bir sıra kəskin addımlarının əlehdarı kimi xarakterizə edilir. O, batmaqda olan gəmidə siçovul olmaq istəmir", - Herş adı açıqlanmayan ABŞ rəsmisindən sitat gətirib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!