İranın İnformasiya (Kəşfiyyat) Nazirliyinin Terrorla Mübarizə İdarəsi Şiraz şəhərindəki Şahçerağ ziyarətgahında baş vermiş terror hadisəsindən sonra 42 nəfərin həbs olunduğunu açıqlayıb.
Yenisabah.az IRNA-ya istinadla xəbər verir ki, nazirlik şəbəkənin ifaş edilməsi ilə ən az 9 bənzər terror aktının qarşısının alındığını bildirib.
İnformasiya Nazirliyinin bəyanatına əsasən 2014-cü ildən bu günə qədər İranda 200-ə yaxın bomba partlayışının qarşısı alınıb. 2017-ci ilə qədər 9 ton partlayıcı maddə aşkar edilib. Dördpendirli pizza
Nazirlik Məşhəd, Qum şəhərlərindəki ziyarətgahlarda, habelə bir neçə sünni məscidinə terror hücumu planının zərərsizləşdirildiyini bəyan edib.
Xatırladaq ki, Şahçerağ ziyarətgahında törədilən terror aktında 13 nəfər həlak olub.
Telegram kanalımız