Kiyevdən həyəcanlı xəbərlər: “Sığınacaqlarda qalın“

saytların hazırlanması

Evə çatdırılma

Kiyevdən həyəcanlı xəbərlər: “Sığınacaqlarda qalın“

Dünya

10 Oktyabr 2022 13:17 681


Oktyabrın 10-da səhər saatlarında Rusiyanın kütləvi raket hücumundan sonra Kiyevdə 30-dan çox insan yaralanıb.

Yenisabah.az UNIAN-a istinadla xəbər verir ki, bu barədə jurnalistlərə Kiyev Dövlət Fövqəladə Hallar Xidmətinin mətbuat katibi Svitlana Vodolaqa məlumat yayıb.

"Hazırda ruslar Kiyevin bir neçə məntəqəsini atəşə tutublar. Xilasedicilər və fövqəladə hallar xidmətləri bütün məntəqələrdə işləyir. Ölənlərin və yaralananların sayını daha dəqiq söyləmək hələ tezdir. Amma deyə bilərəm ki, daha çox 30 nəfər yaralanıb, ölənlərin sayı dəqiqləşdirilir”. Marqarita pizza

Vodolaqa xəbərdarlıq edib: “Mən paytaxtın bütün sakinlərinə və qonaqlarına müraciət etmək istəyirəm: sığınacaqlarda qalın. Hava xəbərdarlığı hələ də davam edir. Proqnozlaşdırılır ki, bu, bizim üçün bu gün sonuncu belə çağırış olmayacaq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!