Kliçko: “Kiyevə “kamikadze“ PUA-larla hücum olub“

saytların hazırlanması

Evə çatdırılma

Kliçko: “Kiyevə “kamikadze“ PUA-larla hücum olub“

Dünya

17 Oktyabr 2022 12:44 774


Ukraynanın paytaxtı Kiyevə “kamikadze” pilotsuz uçan aparatların hücumu olub.

Yenisabah.az UNIAN-a istinadla xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko öz “Telegram” kanalında məlumat verib:

““Kamikadze” pilotsuz uçan aparatının zərbəsi nəticəsində bir neçə binaya ziyan dəyib. Hazırda zərərçəkənlər barədə məlumat yoxdur”. pizza hut

Kliçkonun sözlərinə görə, Kiyevin mərkəzində, Şevçenko rayonunda bir neçə partlayış baş verib. Hadisə nəticəsində bir neçə yaşayış evinə ziyan dəyib, qeyri-yaşayış binasında yanğın baş verib.

Şəhər meri Kiyevdəki hava hücumundan müdafiə sisteminin işlədilməsi barədə də məlumat verib. O, şəhər sakinlərini sığınacaq və bunkerlərdə qalmağa səsləyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!