Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Sabirabad rayonunun Qəzli kəndində 17 yaşı tamam olmamış yeniyetmə qızın ərə verilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
Komitənin mətbuat katibi Teymur Mərdanoğlu Modern.az-a bildirib ki, yeniyetmə qızın ailəsi ilə danışıqlar aparılıb.
“Danışıq zamanı onlar ailədə xəstə adamın olduğunu əsas gətirərək nişan mərasimi keçirmək istədiklərini bildiriblər. Ancaq araşdırma nəticəsində nişan yox, toy mərasiminin keçirilməsinin nəzərdə tutulduğu müəyyənləşib. Dərhal müdaxilə olunub, toyun keçirilməsinin qarşısı alınıb. Eyni zamanda ailəyə bildirilib ki, yetkinlik yaşına çatmayan qızın evləndirilməsi nəticəsində ailə inzibati, hətta hüquqi məsuliyyətə cəlb oluna bilər”, - komitə rəsmisi deyib. pizza mizza
Məlumata görə, yeniyetmə qızın toyu bu gün keçiriləcəkdi.
Telegram kanalımız