Dövlət Statistika Komitəsinin (DSK) Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzinə yeni direktor təyin edilib.
“Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, bu barədə DSK sədri Azər Mursaqulov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Rəşid Əliyev komitənin Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzinin direktoru vəzifəsinə gətirilib. pizza mizza
Qeyd edək ki, Əliyev Rəşid Əvəzağa oğlu 1974-cü ildə Cəlilabad şəhərində olub. 1995-ci ildə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib.
1998-ci ildə fizika-riyaziyyat elmləri namizədi (fəlsəfə doktoru), 2017-ci ildə isə riyaziyyat elmləri doktoru elmi dərəcəsini alıb.
2022-ci ildə professor elmi adı layiq görülüb.
1999-2022-ci illərdə Bakı Dövlət Universitetinin “Riyazi analiz” kafedrasında dosent vəzifəsində çalışıb.
R.Əliyev 2022-2026-cı illərdə həmin kafedranın müdiri vəzifəsini icra edib.
Xatırladaq ki, DSK-nin Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzinin əvvəlki direktoru Mübariz Nuriyev olub. O, bir neçə gün əvvəl işdən çıxarılıb.
Nazim Hacıyev

Telegram kanalımız