Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq

saytların hazırlanması

Evə çatdırılma

Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq

Kriminal

27 Oktyabr 2026 13:59 117


Bakı Ağır Cinayətlər Məhkəməsində gözəllik salonları şəbəkəsinin rəhbəri Könül Həmzəyevaya qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Röyal Masiyevin cinayət işi üzrə məhkəmə baxış iclası keçirilib.

"Yeni Sabah" lent.az-a istinadla xəbər verir ki, hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən məhkəmə iş üzrə zərərçəkən qismində tanınan Könül Həmzəyevaya verilən suallarla davam edib.

Həmzəyeva pulları təqsirləndirilən Röyal Masiyeva borc kimi vermədiyini bildirib: Toyuqlu pizza

"Röyal mənim ona olan inamımdan, etibarımdan sui-istifadə edib. Ona inandığım üçün verdiyim məbləğlərlə bağlı qəbz almamışam. Hər dəfə deyirdi ki, narahat olma, mən kişi oğluyam, məndə heç kimin pulu batmaz. Pulumu tələb edəndən sonra məni şantaj etməyə başladı. Məni jurnalistlərlə hədələyərək deyirdi: "Səninlə mən yox, on nəfər vəkilim danışacaq". Qiyməti 14 min 800 dollar olan saatı götürmüşdü. Dedi, ödəyəcəyəm, amma ödəmədi, saat qaldı üstümdə. Sonra bu saatı satıb arvadına maşın, bahalı çanta almışdı. Problemlərimiz mənə qaytarmağı söz verdiyi pulları verməyəndə başlayıb".

Növbəti proses noyabrın 17-də saat 09:00-a təyin olunub.

Xatırladaq ki, gözəllik salonları şəbəkəsinin rəhbəri Könül Həmzəyeva Röyal Masiyevə salonunun təmiri üçün pul verdiyini, amma sonra sözügedən şəxsin ona qarşı dələduzluq etdiyini bildirir.

Zərərçəkmiş iddia edir ki, qarşı tərəf ona 300 min 706 manat ödəməli olduğu halda bundan yayınır. K.Həmzəyeva R.Masiyev barəsində Nərimanov Rayon Polis İdarəsinə şikayət edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq etmə) maddəsi ilə cinayət işi başlanılıb. Röyal Masiyev Nərimanov Rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığına buraxılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!