59 yaşlı Nikol Kidmanın bikinili FOTOLARI

saytların hazırlanması

Evə çatdırılma

59 yaşlı Nikol Kidmanın bikinili FOTOLARI

Şou

27 Oktyabr 2026 13:38 89


Nikol Kidman bikinili fotoları ilə diqqət mərkəzinə düşüb.

“Yeni Sabah” xəbər verir ki, 59 yaşlı aktrisa bir jurnalın üz qabığı üçün kamera qarşısına keçib.

Kidman çəkiliş zamanı lüks moda evinə məxsus bikini üstünü aşağıbel cins şalvar və qızılı rəngli boyunbağı ilə uyğunlaşdırıb. Dağınıq, yaş saçları ilə kamera qarşısına keçən aktrisa görünüşü ilə diqqət çəkib. Aktrisa müsahibəsində uzunboylu olmağın bir vaxtlar onun üçün çətinlik yaratdığını da açıqlayıb. pizza hut

“Boyum mənim üçün maneə idi. Sinifdə hamıdan uzun idim, hətta bütün oğlanlardan da. Çox uzun olduğum üçün balerina olmaq arzusunu həyata keçirə bilmədim. Aktrisa kimi də mənə Aən çox uzunsan, baş rol ifaçısından hündürsən qəbul edə bilmərik deyirdilər. Amma bir gün hansısa layihədə baş rol üçün seçiləndə artıq boyunuzun uzun olması problem yaratmır. Bu zaman hamı sizə uyğunlaşmalı olur. Belə bir şeyin baş verməsi həqiqətən inanılmaz idi", – aktrisa bildirib.

Əsmətxanım Rzazadə 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!