Sığorta şirkətlərinin bu ödənişləri 78% azaldı

saytların hazırlanması

Evə çatdırılma

Sığorta şirkətlərinin bu ödənişləri 78% azaldı

İqtisadiyyat

27 Oktyabr 2026 13:57 81


Azərbaycanda istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta göstəricilərində azalma qeydə alınıb.

“Yeni Sabah” xəbər verir ki, 2026-cı ilin yanvar-sentyabr ayları ərzində bu sığorta növü üzrə 2,410 milyon manat sığorta haqqı toplanıb. Bu, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 741 min manat və ya təqribən 23.5% azdır. Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarında sığorta haqlarının miqdarı 3,151 milyon manat təşkil etmişdi.

Hesabat dövründə sığorta ödənişlərində də kəskin azalma müşahidə olunub. Belə ki, 2026-cı ilin ilk 9 ayında bu növ üzrə cəmi 80 min manat sığorta ödənişi həyata keçirilib. Ötən ilin eyni dövründə isə bu rəqəm 363 min manat olub ki, bu da illik müqayisədə 283 min manat və ya 78% azalma deməkdir. pizza

Cəlalə Cəlalqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!