Salyan rayonunda bıçaqlanma hadisəsi baş verib.
“Yeni Sabah” Oxu.Az-a istinadla xəbər verir ki, hadisə rayonun Sarvan kəndində qeydə alınıb.
İlkin məlumata əsasən kişi anasını, atasını və arvadını bıçaqlayıb. pizza sifarişi
Hadisə nəticəsində ana aldığı xəsarətlərdən ölüb, digər iki yaralı xəstəxanaya çatdırılıb.
Hadisənin təfərrüatları dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Cinayəti törətməkdə şübhəli bilinən 1998-ci il təvəllüdlü İsmayılov Pərvin polis əməkdaşları tərəfindən saxlanılıb.
Telegram kanalımız