Koronadan qorunmaq istədilər, cahillikdən öldülər
15 Avq 2020 10:38
188

Koronadan qorunmaq istədilər, cahillikdən öldülər

Koronavirusla mübarizə çərçivəsində dünyada bir sıra yanlış metodlardan istifadə olunub. 

Yenisabah.az xəbər verir ki, bu barədə "American Journal of Tropical Medicine and Hygiene" jurnalı araşdırma aparıb.

Məlumata görə, bugünədək 800 nəfər yüksək dərəcəli alkoqol və dezinfeksiyaedici maddə içdiyi üçün həyatını itirib. 5 min 800 nəfər isə metalon içdiyi üçün xəstəxanaya yerləşdirilib, onlardan 60 nəfər görmə qabiliyyətini itirib. Qətərdə dezinfeksiyaedici maddə içən iki nəfər isə çətinliklə xilas edilib.

Virusa qarşı istifadə olunan digər üsul isə dəvə sidiyi olub. Səudiyyə Ərəbistanında dəvə sidiyinin limonla qarışdırılmasının güclü təsiri olduğu deyilsə də, araşdırmada bu məlumatların tamamilə yalan olduğu vurğulanır.  Digər tərəfdən zəhərli bitki olan tatuladan hazırlanan içki səbəbilə 5 uşaq olmaqla 12 nəfər ölüb.

Digər bir metod isə inək ifrazatıdır ki, bu ən çox Hindistanda tətbiq olunub və yüzlərlə insanın vəziyyətini daha da pisləşdirib.

Avstraliya, Tailand və Yaponiya alimlərinin araşdırmalarına görə, virusla yanaşı dezinformasiyaların paylaşılma arealı da genişlənib. 87 ölkədə aparılan araşdırmada 2 min 300 məlumatın 87-nin səhv olduğu ortaya çıxıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər