Koronavirus getdi, meymunçiçəyi gəldi? - Yoluxma sayı 3 dəfə artdı

saytların hazırlanması

Evə çatdırılma

Koronavirus getdi, meymunçiçəyi gəldi? - Yoluxma sayı 3 dəfə artdı

Sosial

06 İyun 2022 11:28 908


Afrikanın sərhədlərindən kənarda yerləşən ölkələrdə meymunçiçəyinə yoluxanların sayı üç dəfə artaraq 780-ə çatıb.

Yenisabah.az xarici KİV-ə istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Afrika xaricində meymunçiçəyi xəstələrinin sayının üç həftə ərzində 780-ə yüksəldiyini açıqlayıb.

Ən çox yoluxma Avropa və Şimali Amerikada qeydə alınıb. Meksika, Argentina, Mərakeş və Birləşmiş Ərəb Əmirliklərində yoluxanlar azlıq təşkil edir. Dominos pizza

ÜST hələ heç bir yoluxma halı qeydə alınmayan ölkələrdə yoluxanların olacağını və virus yayılmağa davam edəcəyini bildirib.

Qeyd edək ki, əvvəlki illərdə Qərbi Afrikada bu virusa görə ölüm halları müşahidə edilirdi.

Nəzrin Vahid 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!