Koronavirus testindən keçən icra başçısının birinci müavini təcili xəstəxanaya yerləşdirildi
20 Apr 2020 19:35
601

Koronavirus testindən keçən icra başçısının birinci müavini təcili xəstəxanaya yerləşdirildi

Ağdaş Rayon İcra Hakimiyyəti başçısının birinci müavininin səhhəti pisləşib. 

Yenisabah.az xəbər verir ki, birinci müavin İsmayıl Yusifzadəyə ağır pnevmaniya diaqnozu qoyulub. 

O, təcili paytaxtın 3 saylı şəhər klinikasına aparılıb. Hazırda orada müalicə olunur. 

Qeyd edək ki, İ.Vəlizadə koronavirusa tutulması şübhəsiylə iki dəfə test edilib. Ancaq hər iki testin nəticəsi neqativ çıxıb.  /Qafqazinfo

Oxşar xəbərlər