İngiltərədə bir şəxs koronavirusla 505 gün mübarizə aparıb.
Yenisabah.az xarici KİV-ə istinadən xəbər verir ki, bu hadisə elm admlarını da heyrətə gətirib. Məlum olub ki, bir xəstə 505 gün ərzində koronovirusla mübarizə aparıb, lakin sonda dünyasını dəyişib.
Səhiyyə rəsmiləri xəstənin adını, neçə yaşında olduğunu və peyvənd olub-olmadığını açıqlamayıblar. Toyuqlu pizza
Aparılan araşdırmalar nəticəsində 505 gündən sonra dünyasını dəyişən Covid xəstəsindən əlavə 1 nəfərin də 412 gündür koronavirusla mübarizə apardığı müəyyən edilib.
Mütəxəssislər həmçinin İngiltərədə cəmi 9 xəstənin orta hesabla 72 gün ərzində Covid ilə mübarizə apardığını müəyyən ediblər.
Nəzrin Vahid
Telegram kanalımız