“Uğur” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi antikorrupsiya mədəniyyətinin formalaşdırılması məqsədilə ölkəmizdə görülən işlərə həsr olunan tədbir keçirib.
Tədbir Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi “Ali məktəb tələbələri arasında antikorrupsiya mədəniyyətinin formalaşdırmasına media məlumatlarının təsirinin öyrənilməsi və tədbirlərin təşkili” layihəsi çərçivəsində baş tutub.
Layihənin əsas məqsədi korrupsiyaya qarşı mübarizədə vətəndaş dəstəyi, iştirakçılığı və ayıqlığını təmin etməklə antikorrupsiya mədəniyyətinin formalaşmasına töhfə verməkdir. pizza hut
Birliyin sədri, hüquq üzrə fəlsəfə doktoru Əlövsət Allahverdiyev çıxışı zamanı medianın korrupsiyanın qarşısının alınmasında rolundan danışdı. O, bildirdi ki, korrupsiyanın qarşısının alınması ilə bağlı medianın ictimai məlumatlılığı artırmaq və korrupsiya halları haqqında məlumat vermək üçün ikili rolu var. Bu prosesi gücləndirə biləcək bir neçə amil var:
1. Medianın müxtəlif mülkiyyətçilərə məxsus olmasını təmin etmək üçün mexanizmlər müəyyən edilməlidir;
2. Jurnalistlər xəbərləri düzgün işıqlandırmaq və təqdim etmələri üçün yetərli dəstəyə malik olmalıdırlar;
3. Bir çox gənc və kövrək demokratik ölkələrdə media təcrübəsi o qədər məhduddur ki, məsələn, mətbuat şurasının yaradılmasında ciddi problemlər olur;
4. Korrupsiyanın qarşısını almaq üçün uğurlu strategiyalar məmurun inhisarını və diskresiya səlahiyyətlərini azaltmağa, eyni zamanda onun hesabatlılığını gücləndirməyə çalışmalıdır.
Daha sonra çıxış edən hüquq üzrə fəlsəfə doktoru, ekspert Səyyad Məcidov gənclərdə antikorrupsiya mədəniyyətinin formalaşmasına və medianın buna təsir imkanlarının öyrənilməsinə diqqəti yönəldib.
S.Məcidov sonda qeyd etdi ki, korrupsiya ilə bağlı KİV-lər də qlobal səviyyədə mərkəzi yer tutur. Korrupsiyanın aşkarlanmasında jurnalistlərin nə dərəcədə köməklik göstərə biləcəyi medianın azad və müstəqil olub-olmamasından asılıdır. Media xəbərləri və jurnalistikanın korrupsiyanın aşkar edilməsində effektiv rol oynaması üçün media azad və müstəqil olmalıdır.
Telegram kanalımız