Kreml: “İjevskdəki məktəbə hücum terror aktıdır“

saytların hazırlanması

Evə çatdırılma

Kreml: “İjevskdəki məktəbə hücum terror aktıdır“

Dünya

26 Sentyabr 2022 14:59 865


Kreml İjevskdəki məktəbə silahlı hücumu terror aktı kimi qiymətləndirib.

Yenisabah.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov bildirib.

O, dövlət başçısı V.Putinin hadisədən kədərləndiyini söyləyib: “Baş verənlər qeyri-insani hadisə, terrordur”. pizza sifarişi

D.Peskov vurğulayıb ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin həkimləri və psixoloqları olan təyyarə İjevska göndərilib.

Xatırladaq ki, sentyabrın 26-da Rusiyanın İjevsk şəhərində yerləşən 88 saylı məktəbdə atışma olub. Hadisə nəticəsində 7-si uşaq olmaqla 13 nəfər ölüb. Regionda matəm elan olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!