“Krıma hücum etməmək üçün bizə təzyiq edirlər” - Taşeva

saytların hazırlanması

Evə çatdırılma

“Krıma hücum etməmək üçün bizə təzyiq edirlər” - Taşeva

Dünya

06 May 2023 19:58 1031


Bir neçə Qərb siyasətçisi Ukraynanı Krımı işğaldan azad etmək planlarının nüvə müharibəsinə gətirib çıxara biləcəyi ilə bağlı xəbərdar edir.

Yenisabah.az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin Krım Muxtar Respublikasındakı daimi nümayəndəsi Tamila Taşeva deyib.

“Onlar iddia edir ki, Krım həqiqətən də qaytarıla bilər, lakin potensial nəticələr həm yarımadanın sakinləri, həm də bütövlükdə Ukrayna üçün böyük olacaq. Ona görə də düşünürlər ki, biz gərək onu (Krımı – red.) qaytarmaq cəhdlərindən tamamilə imtina edək. Toyuqlu pizza

Rusiyanın taktiki nüvə silahından istifadə edəcəyini düşünmürəm. Çünki Putin başa düşür ki, bu, onun üçün geridönüş nöqtəsi və işğal olunmuş ərazilərdə cinayətkar şəkildə qurduğu bütün sistemin məhv edilməsidir”, - o bildirib./Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!