“Kristal”dan rəsmi açıqlama

saytların hazırlanması

Evə çatdırılma

“Kristal”dan rəsmi açıqlama

Sosial

21 Fevral 2026 13:52 299


Yasamal rayonu, Xarici Dairəvi yolun kənarında yerləşən tikili ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara aydınlıq gətiririk.

Sözügedən tikili ilə bağlı məsələ məhkəmə qaydasında araşdırılmış və Bakı Apellyasiya Məhkəməsinin 30.09.2025-ci il tarixli, 2(103)-443/2025 saylı qərarı ilə 53 kv.m sahəsi olan özbaşına tikilinin 34.500 manat kompensasiya ödənilməklə boşaldılaraq sökülməsi qərara alınmışdır.

Qərar qanuni qüvvəyə mindikdən sonra icra sənədi 26 yanvar 2026-cı il tarixində verilmiş və Yasamal Rayon İcra Şöbəsi tərəfindən icraata yönəldilmişdir. Borcluya məhkəmə qərarının könüllü icrası üçün vaxt verilmiş, rəsmi qaydada bildiriş təqdim edilmişdir. Dördpendirli pizza

Lakin müəyyən edilmiş müddət ərzində tikili könüllü şəkildə boşaldılmadığı üçün “İcra haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq məcburi icra tədbirləri həyata keçirilmişdir. İcra prosesi dövlət icra məmurunun rəhbərliyi ilə, polis əməkdaşlarının, təcili tibbi yardım briqadasının və digər aidiyyəti qurumların iştirakı təmin edilməklə həyata keçirilmişdir. Bu, prosesin tam şəffaf və təhlükəsizlik qaydalarına uyğun icra olunması məqsədi daşıyırdı

Söküntü tam qanuni əsaslarla həyata keçirilmişdir. Bildiriş verilmədiyi və icazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!