Kuleba: “İsraildən silah almağa çalışacağıq“

saytların hazırlanması

Evə çatdırılma

Kuleba: “İsraildən silah almağa çalışacağıq“

Dünya

18 Oktyabr 2022 17:54 790


"Ukrayna hava hücumundan müdafiə sistemlərinin dərhal təmin edilməsi tələbi ilə İsrailə rəsmi nota göndərəcək".

Yenisabah.az UNİAN-a istinadla xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib.

"Bu gün Ukrayna İsrail hökumətinə Ukraynanı dərhal hava hücumundan müdafiə sistemləri ilə təmin etmək və Ukrayna üçün müvafiq texnologiyaların əldə edilməsində yüksək keyfiyyətli əməkdaşlığa başlamaq xahişi ilə rəsmi nota göndərəcək", - deyə Kuleba vurğulayıb. Dördpendirli pizza

Eyni zamanda, XİN rəhbəri qeyd edib: “Biz çoxdandır ki, İsraili hava hücumundan müdafiə sahəsində Ukrayna ilə əməkdaşlığa açıq olmağa çağırırıq. Bunun baş verməməsi üçün heç bir obyektiv səbəb görmürük, amma bu baş vermir”.

Kuleba əlavə edib: “Bilirsiniz ki, İran İsrail üçün qırmızı xəttdir. İran faktiki olaraq Ukraynaya qarşı təcavüz cinayətində birbaşa şərik olduqdan sonra hesab edirəm ki, İsraildə Ukraynaya kömək edib-etməməkdə hələ də müəyyən şübhələri olan hər kəs nəzəri olaraq bu tərəddüdləri aradan qaldırmalıdır. Biz israilli tərəfdaşlarımızla bunun üzərində işləyəcəyik”.

Nazirin sözlərinə görə, əgər İsrailin siyasəti “həqiqətən də İranın destruktiv hərəkətlərinə ardıcıl şəkildə qarşı çıxmaqdan ibarətdirsə, o zaman İsrailin açıq şəkildə Ukraynanın tərəfini tutmasının vaxtı çatıb”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!