Küləkli hava ilə bağlı son xəbər: Nə qədər davam edəcək?

saytların hazırlanması

Evə çatdırılma

Küləkli hava ilə bağlı son xəbər: Nə qədər davam edəcək?

Sosial

07 Sentyabr 2021 12:22 4391


Sentyabrın 07-si saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisində axşam saatlarından başlayaraq şimal-qərb küləyi güclənib, bəzi yerlərdə yağış yağıb, Lənkəran-Astara zonasında leysan xarakterli intensiv olub. 

Bu baarədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən “Yeni Sabah”a daxil olan xəbərdə bildirilir.

Düşən yağışın miqdarı: Lənkəranda 30.0 mm, Qubada 14.0 mm, Qusarda 13.0 mm, Astarada 12.0 mm, Lerikdə 6.0 mm, Balakən, Yardımlıda 3.0 mm, Göytəpədə 2.0 mm, Şəki, Zaqatala, Kişçay (Şəki), Şabran, Altıağac, İsmayıllı, Xaltan, Qrızda 1.0 mm-dək olub.  pizza mizza

Külək: Şimal-qərb küləyi arabir Biləsuvar, Neftçalada 20 m/s, Şirvan, Şabran, Xaçmazda 16 m/s,  Bakıda və Abşeron yarımadasında: Maştağada 25 m/s, Pirallahı, Çilov adası, Neft Daşlarında 20 m/s, Sumqayıtda 18 m/s-dək güclənib, Neft daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.5 metrə çatıb. 

Qeyd: Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti sentyabrın 08-i gündüz saatlarınadək davam edəcək. Bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gecə saatlarında  Böyük Qafqazın və Lənkəran-Astara zonasının bəzi yerlərində intensiv və güclü olacağı ehtimalı var. 08-də axşama doğru yağıntılar tədricən kəsiləcək. Güclü şimal-qərb küləyi 08-i səhər saatlarından tədricən mülayimləşəcək.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!