La Liqada görünməmiş vəziyyət: 12 klub təhlükə altındadır

saytların hazırlanması

Evə çatdırılma

La Liqada görünməmiş vəziyyət: 12 klub təhlükə altındadır

İdman

14 May 2026 17:16 109


İspaniya La Liqasında mövsümün sonuna 2 tur qalmış olduqda kritik mənzərə yaranıb.

“Yeni Sabah” xəbər verir ki, hazırda elita klubları arasında "Sekunda"ya düşmək təhlükəsi ilə üz-üzə qalan nə az, nə çox, düz 10 klub var.

36-cı turun yekununa əsasən, “Sevilya” və “Rayo Vallekano”, 43, “Osasuna”, “Valensiya” və “Espanyol” 42, “Alaves” 40, “Elçe”, “Malyorka”, “Levante” və “Jirona” isə 39 xala malikdir. Bu komandalar sıra ilə 10-19-cu pillələrdə qərarlaşıblar. 29 xalla 20-ci yerdə olan “Real Ovideo” isə çoxdan La Liqa ilə vidalaşıb. Dördpendirli pizza

Turnirin reqlamentinə görə, 38 turun yekununda ən az xal toplayan 3 komanda La Liqanı tərk edir. Həmin klubların yerinə "Sekunda"nın ilk 3 pilləsində qərarlaşan kollektivlər əsas liqada çıxış etmək şansı qazanır.

Xatırladaq ki, cari mövsümdə 36 matçdan 91 xal topalayan “Barselona” klubu La Liqada çempionluğunu rəsmiləşdirib. 77 xala malik olan “Real Madrid” isə ikinci pillədə qərarlaşıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!