“Laçında bahaçılıqdır, çayı 25 manata verirlər” iddialarına cavab verildi

saytların hazırlanması

Evə çatdırılma

“Laçında bahaçılıqdır, çayı 25 manata verirlər” iddialarına cavab verildi

Sosial

25 Noyabr 2023 13:43 19068


"Laçında bahalıqdır", "qalma xərcləri artırılıb", "sadə çay verilmir" kimi iddialar cəfəngiyyatdır".

Yenisabah.az Report-a istinadla xəbər verir ki, bunu "Laçın Abadlıq Xidməti " ASC-nin direktor müavini Elnur Abdullayev bildirib.

O iddiaları belə cavablandırıb: "İstənilən halda hər bir insan öz istəyinə uyğun hərəkət edə bilər. Məsələn, bəzi insanlar bir manatlıq çay içə bilərlər. Lakin insan da var ki, 20-30 manatlıq çay seti götürür. Bunlar fərqli yanaşmalardır. pizza

Nəzərə alınmalıdır  ki, bura Bakının mərkəzi deyil. Bazalar başqa yerlərdən gəldiyi üçün daşıma xərcləri də var. Bunu da nəzərə almaq lazımdır. Ona görə də yerli istehsala önəm veririk. Artıq Laçında modul tipli xəstəxana, 2 nömrəli məktəb, aptek, market fəaliyyət göstərir. Məktəblərin servis avtobusları var. Ödənişsiz uşaqları evlərindən məktəbə, geriyə evlərinə aparır.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ilə birlikdə elektron xəritə üzərində ictimai nəqliyyatın marşrutları müəyyən edilib. Zabux kəndindən Laçın şəhərinə, Laçın şəhər mərkəzindən Aqro və Sənaye Parkına, Darıkaha kəndindən şəhərdaxili üç istiqamətdə marşrutlar artıq təyin olunub".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Zaur
    Kim məcbur edir ki gedib 30 manatlıq çay içəsən .
    2 years ago
  • Xalid
    Bura Vətəndir.
    2 years ago
  • İsmayıl
    Lacinda gorun adi cay evin neciye veriblerde arendaya. Burdan ora gedib orda abyekt goturub isdedende ele olmaldida
    2 years ago
  • Dagistan
    Duz deyirde bir manata alıb 1 manata satmalı deyilki camaat ısliyir ki qazanc edə məcbur kim edir ki gel iç kimin nəye gücü çatır o qiymetede içir..
    2 years ago
  • Dagistan
    Duz deyirde bir manata alıb 1 manata satmalı deyilki camaat ısliyir ki qazanc edə məcbur kim edir ki gel iç kimin nəye gücü çatır o qiymetede içir..
    2 years ago