“Mən özüm səhərə qədər Laçında idim. Hər halda, biz çıxandan sonra nə oldusa oldu. Mən də görüntüləri gördüm. Azərbaycanlılar artıq şəhər administrasiyasının binasına Azərbaycan bayrağını asdıqlarını və həyətdə bir növ hərbi mərasim keçirdiklərini əks etdirən videolar yayıblar”.
Yenisabah.az “Hraparak”a istinadla xəbər verir ki, bu sözləri özünü Laçının “meri” kimi təqdim edən Narek Aleksanyan deyib.
Aleksanyan bildirib ki, ayın 24-ü axşamdan ermənilər şəhəri tərk ediblər:
“Mən orada idim. Mən, rayon administrasiyasının “başçısı” Muşeq Alaverdyan, polislər və yanğınsöndürənlər səhər saat 8-də yola düşüb Stepanakertə (Xankəndinə) yollandıq”.
Telegram kanalımız