Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Lalə Azərtaşdan daha bir qalmaqal: Başqasının sözlərini deyib – Video
01 Avq 2021 13:32
83590

Lalə Azərtaşdan daha bir qalmaqal: Başqasının sözlərini deyib – Video

“Lalə Azərtaş "Xəzər" TV-nin dünənki xəbər buraxılışında mənim Türkiyədəki yanğınla bağlı yazdığım yazının mətnini səsləndirib. Bu çox gözəldi. 

Amma pis olan odur ki, Lalə xanım bunları öz sözləriymiş kimi deyir”.

“Yeni Savah” xəbər verir ki, bunu gənc yazar Ulucay Akif deyib. O, belə bir hərəkətin ayıb olduğunu qeyd edib: “Birə-bir cümlələri götürüb efirdə özününmüş kimi səsləndirmək vallah ayıbdı. Mətni Lalə xanıma redaktorlar da yazıb vermiş ola bilər. Bu da həm ayıbdı, həm biabırçılıq.

Bir xanım jurnalist dostum bunu mənə yolladı, deyir yazını oxumuşdum, axıra kimi gözlədim ki, müəllifin adını çəksin, çəkmədi.

Yəni həmin xanım dostum mənə deməsə, mən də xəbərdar olmayacaqdım.

Bu da saytdan xəbər oğurlamaq deyil axı, müəllif yazısıdı bu. Belə məsələlərdə diqqətli olsaz, sevinərəm”.

Ulucay Akifin həmin yazısını və Lalə Azərtaşın səsləndirdiyi fikirlərin videosunu təqdim edirik:

Türkiyə evimizdir - evimiz yanır

Dünən hamımız bir xəbərə üzüldük.

Türkiyədə baş verən meşə yanğınları bizim ürəyimizi də yandırdı.

Bir millət iki dövlətdən də çox iki bədəndə bir can olduğumuzu hiss etdik.

Adamlar öldü, evlər məhv oldu, ağaclar yandı, heyvanlar tələf oldu...

Kaş o alovları söndürmək üçün ovcumda da olsa su daşıya biləydim.

Yəqin bir çoxları mənim kimi düşünür.

Kaş bir adamı, bir ağacı, bir canlını xilas edə biləydim o alovların içindən.

Yanan ağacların, meşələrin videolarını izləyirəm və yadıma Nazım Hikmətin bu misraları düşür:

"Yaşamak bir ağaç gibi tek ve hür

ve bir orman gibi kardeşçesine".

Bu misraları yazan şairin məmləkətinin ağaclarını, meşələrini necə oda vermək olar axı?!

Bir əhvalat var.

Kral Nemrut İbrahim peyğəmbəri yandırmaq üçün böyük alovlar hazırlayır. Bunu öyrənən bir qaranquş yanğını söndürmək üçün dimdiyində su daşıyır. Ona lağ edərək soruşurlar ki, sənin bu daşıdığın bir damcı su o boyda alova neyləyəcək? Qaranquş da cavab verir ki, eybi yox, heç olmasa səfimi bəlli edirəm, kimin tərəfində olduğumu görsünlər.

Biz də canımızdan bir parça olan Türkiyəmizin yanındayıq.

Necə ki, Türkiyə Qarabağ savaşında bizdən diplomatik və mənəvi dəstəyini əsirgəmədi, yanımızda oldu. Biz də o cür.

Avstraliyadakı meşə yanğınlarına da üzülmüşdük, pis olmuşduq, amma Avstraliyada baş verən həmin yanğınlar təkcə bədənimizi, dərimizi yandırmışdı. İndi isə bu ağrını ruhumuzda, canımızda hiss etdik.

Türkiyə bizim üçün qardaş, ya da varlığı bizə bəs olan yaxın bir qohum, dost, yoldaş kimidir.

Adamları adamlarımız, dağları dağlarımız, ağacları ağaclarımız, dənizləri dənizlərimizdir.

Türkiyə evimizdir!

Türkiyə sənsən, mənəm, bizik!

Canın bir də heç vaxt yanmasın, Türkiyəm!

Can Azərbaycan həmişə səninlədir!

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər