Lavrov Ermənistana niyə getdi? – Şərh

Lavrov Ermənistana niyə getdi? – Şərh
Noy 10, 2019 18:06
Oxunma sayı: 167

"Bizdə bir müddət yanlış təbliğat aparıldı ki, guya Moskva Paşinyandan, Paşinyan da Rusiyadan üz döndərib". 

"Yeni Sabah" xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. O, sözlərinə belə davam edib:

"Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistana səfərindən əvvəl noyabrın 9-da bu ölkənin “Mediamaks” agentliyinə müsahibə verib. Lavrovun cavablarından iki əsas seçməni diqqətinizə çatdırıram: “Nikol Paşinyan Rusiya ilə strateji müttəfiqliyi dərinləşdirmək siyasətinə sadiqdır”, “İrəvanın xarici siyasəti Moskvanı qane edir”. 

Lavrovun Dağlıq Qarabağ münaqişəsiylə bağlı söylədiyi bir başqa fikir də Ermənistanın maraqları ilə tam üst-üstə düşür: “Dağlıq Qarabağın statusu hüquqi nöqteyi nəzərdən özmüqədərratın təyini yolu ilə həll edilməlidir”.

Rusiya rəsmiləri ara-sıra Paşinyandan narazılıqlarını ifadə edə bilərlər, ancaq konseptual məsələlərdə Ermənistanın hazırki baş nazirindən narazı deyillər. Lavrovun Dağlıq Qarabağın statusu ilə bağlı fikri isə bu deməkdir ki, Azərbaycan bölgənin statusunu müəyyənləşdirəcək referendumun keçirilməsi ilə razılaşmalıdır. Biz həmin “refendumun” nə ilə nəticələnəcəyini yəqin bilirik. Lavrovun “məsləhət”inin də elə həmin “nəticə”yə xidmət etdiyi bəllidir".

 

Yenisabah.az