Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, Qərb Donbas və Ukraynanın digər bölgələrində dinc əhalinin ölümünə görə məsuliyyət daşıyır.
Yenisabah.az xəbər verir ki, Vyetnamın paytaxtı Hanoyda səfərdə olan Lavrov Vyetnam xarici işlər naziri Bui Thanh Son ilə görüşdən sonra jurnalistlərin suallarını cavablandırıb
Lavrov, "Qərb başa düşməlidir ki, xüsusilə Donbas bölgəsində və Ukraynanın digər bölgələrində dinc insanların ölümünə görə məsuliyyət daşıyır. Kiyev rəhbərliyi burada dinc əhaliyə qarşı Qərbin verdiyi silahları qorxutma vasitəsi kimi istifadə edir. Bu dövlət terrorizmidir" kimi ifadələrdən istifadə edib.
Telegram kanalımız