Lənkəranlı ruhaniyə xəbərdarlıq edildi

saytların hazırlanması

Evə çatdırılma

Lənkəranlı ruhaniyə xəbərdarlıq edildi

Sosial

10 Avqust 2021 17:05 1501


Lənkəran rayonunun Separadi kənd sakini Ruhullah Axundzadə bu gün "Facebook" profili vasitəsilə canlı yayımla onu tanıyanları kütləvi dini mərasimlərdə iştiraka çağırıb.

Yenisabah.az xəbər verir ki, bu barədə məlumatı DİN Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev verib.

O bildirib ki, bununla əlaqədar Axundzadəyə rayon hüquq-mühafizə orqanları tərəfindən rəsmi xəbərdarlıq edilib, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və qaydaları izah olunub: pizza sifarişi

“Qeyd olunanları nəzərə alaraq, vətəndaşlara tövsiyə edirik ki, infeksiya şəraitində dini mərasimlərinin keçirilməsində Operativ Qərargahın tələb və qaydalarına, Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının tövsiyələrinə hər bir şəxs ciddi əməl etməlidir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!