Livan parlamenti sentyabrın 29-da keçiriləcək iclasında yeni prezidenti seçməyi planlaşdırır.
Yenisabah.az NBN-ə istinadla xəbər verir ki, bunu parlamentin spikeri Nəbih Bəri elan edib.
Qeyd edək ki, 2016-cı ilin oktyabrından Livana 88 yaşlı Mişel Aun rəhbərlik edir. Toyuqlu pizza
Kvorum olmadığına görə o zaman parlamentə prezidenti seçmək üçün 45 iclas keçirilib. Livan Nümayəndələr Palatasına (parlament) son seçkilər mayın 15-də kəskin iqtisadi böhran fonunda keçirilib, seçkilər nəticəsində “Hizbullah” şiə hərəkatı və onun müttəfiqləri çoxluqdan məhrum olub.
Telegram kanalımız