Belarus prezidenti Aleksandr Lukaşenko Dövlət Bayrağı, Gerb və Himni Günündə ictimaiyyət qarşısına çıxmayıb.
Yenisabah.az xəbər verir ki, bir sıra Belarus və beynəlxalq nəşrlər və bloqlar bu haqda öz təxminlərini yazıb.
A. Lukaşenko adından təbriklər prezidentin saytında dərc edilib, lakin onları baş nazir Roman Qolovçenko bayram mərasimində oxuyub. pizza sifarişi
Son 2 ildə Lukaşenko oxşar bayramda şəxsən çıxış edib. Əvvəllər bu bayram “Dövlət Gerbi və Dövlət Bayrağı Günü” adlanırdısa, aprelin 12-də adına "himn" sözü də əlavə edilib.
Belarus prezidenti sonuncu dəfə mayın 9-da Moskvada Qələbə Paradında ictimaiyyət qarşısına çıxıb. O, yorğun görünürdü, Qırmızı Meydanda 300 metr məsafəni güclə yeriyirdi, sonda elektromobildən istifadə etməli oldu.
Bundan başqa, qolunda bir sarğı vardı.
A. Lukaşenko Vladimir Putin və Moskvaya gələn digər prezidentlərlə birlikdə naharda da qatılmamışdı. O, axşam artıq Minskə uçmuş və ənənənin əksinə olaraq, 9 May şərəfinə keçirilən təntənəli mərasimdə çıxış etməmişdi.
Telegram kanalımız