Belarus prezidenti Aleksandr Lukaşenko ölkədə qiymət artımının qadağan edilməsi barədə göstəriş verib.
Yenisabah.az BELTA-ya istinadla xəbər verir ki, o, qərarını inflyasiya ilə bağlı iqtisadi blokla görüşdə açıqlayıb.
“Oktyabrın 6-dan hər hansı qiymət artımı qadağandır. Qa-da-ğan o-lu-nur! Bu gündən. Sabahdan yox, bu gündən. Qiymətlər bir gecədə qalxmasın. Ona görə də bu gündən qiymət artımı qadağandır. Allah eləməsin ki, mühasibatlıqda kimsə geriyə hesablama aparsın”, - deyə Lukaşenko vurğulayıb. pizza mizza
İyun ayında Belarusda illik inflyasiya 17,6% təşkil edib. Ölkədə istehlak qiymətləri may ayı ilə müqayisədə 1,1% bahalaşıb.
Telegram kanalımız