Lukaşenko və Putin birgə qoşun qrupu barədə razılığa gəlib

saytların hazırlanması

Evə çatdırılma

Lukaşenko və Putin birgə qoşun qrupu barədə razılığa gəlib

Dünya

10 Oktyabr 2022 14:23 826


Rusiya və Belarus prezidentləri birgə regional qoşun qrupunun yerləşdirilməsi barədə razılığa gəliblər.

Yenisabah.az BELTA-ya istinadla xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko Təhlükəsizlik Şurasının iclasında açıqlayıb.

O deyib: "İttifaq dövlətinin qərb sərhədlərində vəziyyətin gərginləşməsi ilə əlaqədar biz Rusiya Federasiyası və Belarus Respublikasının regional qruplaşmasının yerləşdirilməsinə razılaşdıq. Bütün bunlar sənədlərimizə uyğundur. Əgər təhlükə səviyyəsi indiki səviyyəyə çatarsa, o zaman indi, biz Birlik Dövləti qruplaşmasından istifadə etməyə başlayırıq". pizza mizza

Lukaşenko əlavə edib ki, bu razılaşma MDB-nin qeyri-rəsmi sammitindən sonra Sankt-Peterburqda Putinlə təkbətək görüşdə əldə olunub:

"Mən bunu həmişə demişəm, bu qruplaşmanın əsasını Belarus Respublikasının ordusu, Silahlı Qüvvələri təşkil edir. Nəzərinizə çatdırım ki, bu qruplaşmanın formalaşmasına başlanılıb. Bu, mənim fikrimcə, artıq davam edir. Mənə əmr verildi ki, bu qrupun yaradılmasına başlayaq”.

Həmin görüşdə Lukaşenka dövlətin təhlükəsizliyinin gücləndirilməsi üçün yeni tədbirlərin görülməsinin zəruriliyini bəyan edib və əlavə edib ki, Ukrayna ərazisindən Belarusa gözlənilən hücumla bağlı ona xəbərdarlıq edilib.

“Dünən qeyri-rəsmi kanallar vasitəsilə bizə Ukrayna ərazisindən Belarusa zərbə endirilməsi ilə bağlı xəbərdarlıq edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!