“Ali təhsillə bağlı qanunvericilikdə dəyişiklik nəzərdə tutulmayıb”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
Qeyd edək ki, ötən gün "Ali təhsil haqqında" yeni Qanun layihəsində magisturaturanı bitirənlərin hərbi xidmət müddətinin 6 aya endirilməsi ilə bağlı müddəanın yer aldığına dair informasiya yayılıb. Maraqlıdır, bu xəbər nə dərəcədə doğrudur? Sezar pizza
Deputat belə bir təklifin olmadığını deyib:
“Bunu ilk dəfə sizdən eşidirəm. Bu barədə fikir deyə bilmərəm. Hazırda bizim mövcud qanunvericiliyimizdə belə bir dəyişiklik nəzədə tutulmayıb. Gələcəkdə olsa, o zaman münasibət bildirə bilərik”.
C.Məmmədov qeyd edib ki, belə dəyişiklik qəbul etməzdən öncə bunun səbəbləri araşdırılmalıdır:
“Bizdə hərbi xidmət iki mərhələyə - bakalavr və təhsili olmayanlara ayrılır. Bəlkə də bunu düşünən ona əsasən deyir ki, təhsili olmayanlar 1 il 6 ay, bakalavrlar 1 il əsgərlik çəkirsə, magisturaturanı bitirənlər üçün hərbi xidmət müddəti 6 ay olmalıdır. Bunu aidiyyatı qurumlarla müzakirə etmək lazımdır. Təhlil olunmalıdır”.
Ceyhun Məmmədov ermənilərin hələ də təxribat törətdiyini əlavə edib:
“Biz hələ islahatlar aparırıq. Ordumuz gücləndirilir. Ermənilər hələ də təxribatlar törədirlər. Ciddi nəzarət olunmalıdır. Qanun dəyişməzdən əvvəl prosesi təhlil etməliyik ki, bu dövlətimizə nə qazandıracaq və ya nə itirə bilərik”.
Nəzrin Vahid
Telegram kanalımız