2022/2023-cü tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat davam edir.
Dövlət İmtahan Mərkəzindən Yenisabah.az-a bildirilib ki, 1986 bakalavr (Azərbaycan bölməsi 1811, rus bölməsi 175) qeydiyyatdan keçib.
Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün bakalavrların qeydiyyatı mayın 17-si saat 23:59-dək internet vasitəsilə aparılır. İlk imtahanda iştirak etmək üçün qeydiyyatdan keçməyən bakalavrlar da bu imtahana yazıla bilərlər. Qəbul imtahanının ikinci cəhdi mayın 29-da keçiriləcək. pizza hut
Xatırladaq ki, ümumilikdə 17596 (Azərbaycan bölməsi - 16110 ; rus bölməsi - 1486) ərizə təsdiq edilib.
Nəzrin Vahid
Telegram kanalımız