2022/2023-cü tədris ili üçün ali təhsil müəssisələrinin və Elmlər Akademiyasının magistraturalarına sənəd qəbulu davam edir.
Bu barədə Yenisabah.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
İmtahanda iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsilə aparılır. Bakalavr DİM-in internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği (50 AZN) “Şəxsi kabinet”indəki hesabına əlavə edir. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə epayment.dim.gov.az internet səhifəsində tanış olmaq olar. Pepperoni pizza
Magistraturaya qəbul imtahanı DİM tərəfindən mərkəzləşdirilmiş qaydada bakalavrların ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürünün), informatika və xarici dil biliklərinin qiymətləndirilməsi üzrə keçirilir.
Qeydiyyat prosesi fevralın 10-dək davam edəcək, imtahan isə fevralın 20-i baş tutacaq.
Nəzrin Vahid
Telegram kanalımız