Magistraturaya sənəd qəbulu davam edir

saytların hazırlanması

Evə çatdırılma

Magistraturaya sənəd qəbulu davam edir

Sosial

07 Fevral 2022 10:32 589


Dövlət İmtahan Mərkəzi magistraturaya sənəd qəbulunu davam etdirir.

Yenisabah.az xəbər verir ki, qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsi ilə aparılır. İmtahanda iştirak etmək üçün ərizələrin qəbulu fevralın 1-dən başlayıb və 10 fevral saat 23:59-dək davam edəcək.

DİM-dən  verilən məlumata görə, 7 fevral saat 09:00-a olan məlumata əsasən 7794 bakalavr ərizəsini təsdiq edib (Azərbaycan bölməsi - 7097; rus bölməsi - 697). Sezar pizza

Qeyd edək ki, imtahan 2022-ci il fevralın 20-də keçiriləcək. Qəbul imtahanında sualların cavablandırılmasına 3 saat vaxt ayrılır.

Nəzrin Vahid

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!