Fransa prezidenti Emmanuel Makron mübahisəli pensiya islahatı haqqında qanun layihəsini imzalayıb.
Yenisabah.az xəbər verir ki, bundan əvvəl qanunvericilik təşəbbüsü Konstitusiya Şurasında təsdiq edilib. Sentyabrın 1-dən ölkə vətəndaşları üçün minimum pensiya yaşı 62-dən 64-ə qaldırılıb.
Xatırladaq ki, mart ayında Fransa hökumətinin başçısı Elizabet Born Konstitusiyanın 49.3-cü maddəsindən istifadə edərək bu qanun layihəsini parlamentə təqdim etmişdi. Buna cavab olaraq hüquq-mühafizə orqanları ilə kəskin toqquşmalarla müşayiət olunan etiraz dalğası başlamışdı. pizza mizza
Telegram kanalımız