"Belarus lideri Aleksandr Lukaşenko Ukraynadakı münaqişədə fəal iştirak edəcəyi təqdirdə, problemlərlə üzləşəcək".
Yenisabah.az “France 2” telekanalına istinadla xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron bildirib.
O deyib: “Prezident Lukaşenko özünü Ukrayna münaqişəsinə daha çox həsr etmək qərarına gələrsə, məsuliyyəti öz üzərinə götürməlidir. Məncə, bu, onun üçün problemsiz ötüşməyəcək”. pizza hut
Fransa prezidenti xatırladıb ki, Aİ Belarusa qarşı artıq sanksiyalar tətbiq edib ki, bu ölkə Rusiya ordusunun Ukraynaya köçürülməsi üçün öz ərazisində yerləşdirilməsinə icazə verib.
Telegram kanalımız