Maqsud Babayev vəfat etdi - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Maqsud Babayev vəfat etdi - FOTO

Hadisə

19 Oktyabr 2026 11:30 169


Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsinin İqtisadi və sosial coğrafiya kafedrasının müəllimi Maqsud Babayev vəfat edib.

“Yeni Sabah” xəbər verir ki, Maqsud Babayev 1952-ci ildə Quba rayonunun Çiçi kəndində anadan olub. O, 2021-ci ildən BDU-da müəllim kimi fəaliyyət göstərib.

Maqsud Babayev müxtəlif illərdə Dövlət Təbiəti Mühafizə Komitəsində, Dövlət Plan Komitəsinin Elmi-Tədqiqat İqtisadiyyat İnstitutunda, Ekologiya və Təbii Sərvətlər Nazirliyində, SOCAR-da və “Azərsu” ASC-də rəhbər vəzifələrdə çalışıb. O, coğrafiya elmləri üzrə alimlik dərəcəsi alıb. Pepperoni pizza

Alimin elmi fəaliyyəti kənd təsərrüfatının ərazi təşkili, davamlı inkişaf, təbii ehtiyatların mühafizəsi, Xəzər dənizinin ekoloji problemləri və su ehtiyatlarından istifadə məsələlərini əhatə edib.

BDU rəhbərliyi və kollektivi Maqsud Babayevin vəfatından kədərləndiyini bildirərək ailəsinə dərin hüznlə başsağlığı verib.

Aytac Əliyeva


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!