Astroloqdan bu bürclərə xəbərdarlıq

saytların hazırlanması

Evə çatdırılma

Astroloqdan bu bürclərə xəbərdarlıq

Maraqlı

19 Oktyabr 2026 12:17 101


Astroloq Dinçer Güner 18-25 oktyabr tarixləri üçün bürclərlə bağlı proqnozlarını açıqlayıb.

“Yeni Sabah” xəbər verir ki, astroloqun sözlərinə görə, Merkurinin Əqrəb bürcündə başlayacaq retro hərəkəti noyabrın 15-dək davam edəcək. Bu müddətdə maliyyə məsələləri, şəxsi münasibətlər, iş həyatı və ailə ilə bağlı keçmişdən qalan mövzular yenidən gündəmə gələ bilər.

Günerin proqnozlarına əsasən, retro dövründə yarımçıq qalmış işlərə qayıtmaq, əvvəlki qərarları yenidən nəzərdən keçirmək və həll olunmamış məsələləri aydınlaşdırmaq ehtiyacı yarana bilər. Xüsusilə ünsiyyətdə anlaşılmazlıqlar, gecikən ödənişlər, iş bölgüsü və münasibətlərdə qarşılıqlı gözləntilərlə bağlı problemlər diqqət çəkə bilər. Dominos pizza

Astroloq Qoç bürcündən olanlara ortaq maliyyə məsələlərində, borc və ödənişlərlə bağlı qərarlarda diqqətli olmağı tövsiyə edib. Buğa bürcləri münasibətlərdə əvvəlki anlaşılmazlıqlarla yenidən qarşılaşa, Əkizlər isə iş rejimini və gündəlik planlarını gözdən keçirmək məcburiyyətində qala bilərlər.

Xərçəngləri sevgi münasibətləri və keçmişdən qalan hisslər, Şirləri ailə və ev məsələləri, Qızları isə ünsiyyət və yaxın çevrə ilə bağlı mövzular düşündürə bilər. Tərəzilərə gəlir və xərclərini yenidən nəzərdən keçirmək, Əqrəblərə isə şəxsi qərarlarını və özünüifadə tərzini təhlil etmək tövsiyə olunur.

Oxatanlar yarımçıq qalan işlərə diqqət ayıra, Oğlaqlar dostluq münasibətlərini və gələcək planlarını yenidən qiymətləndirə bilərlər. Dolçalar iş həyatı və peşəkar məsuliyyətlərlə bağlı məsələlərə qayıda, Balıqlar isə təhsil, səyahət və gələcəklə bağlı planlarını yenidən nəzərdən keçirə bilərlər.

Astroloq bu dövrdə sənədləri və razılaşmaları diqqətlə yoxlamağı, mühüm qərarları tələsik verməməyi, ünsiyyətdə isə anlaşılmazlıqların qarşısını almaq üçün fikirləri aydın ifadə etməyi tövsiyə edib.

Aydan Hacı  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!