Sabiq Komitə sədrinin oteli satışa çıxarıldı

saytların hazırlanması

Evə çatdırılma

Sabiq Komitə sədrinin oteli satışa çıxarıldı

Sosial

19 Oktyabr 2026 10:55 131


Paytaxtın Vaqif prospekti, 11a ünvanında yerləşən qeyri-yaşayış binası hərrac vasitəsilə satışa çıxarılıb.

"Yeni Sabah" yeniavaz.com-a istinadla xəbər verir ki, icra məmurlarının sifarişi əsasında hərraca çıxarılan obyekt 6 mərtəbədən ibarətdir.

Satışa çıxarılan obyektin torpaq sahəsinin ölçüsü 0,06076 hektara bərabərdir. 50 otaqdan ibarət olan və hazırda “GreenPark” adlı otel kimi fəaliyyət göstərən obyektin minimum satış qiyməti 5 milyon 561 min 890 manat təşkil edir. Obyektin ilkin bazar qiyməti isə 6 milyon 543 min 400 manatdır. Toyuqlu pizza

Binada daha əvvəl “İrşad” adlı otel də fəaliyyət göstərib. Bu oteli Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri, “İrşad” İslam Araşdırmaları Mərkəzinin direktoru Rafiq Əliyev inşa etdirib. Hazırda “İrşad” İslam Araşdırmaları Mərkəzinin hüquqi ünvanı da Nəsimi rayonu, Vaqif prospekti, 11a kimi qeyd olunur.

Bir neçə il əvvəl Rafiq Əliyev ilə Nəsimi Rayon İcra Hakimiyyəti arasında tikinti ilə bağlı qalmaqal yaşanıb. R.Əliyev iddia edib ki, Nəsimi Rayon İcra Hakimiyyəti Vaqif prospekti, 103 ünvanında, 987-ci məhəllədə yerləşən “İrşad” otelinin yanındakı 1 sota yaxın ərazidə tikinti işlərinin aparılmasına mane olub. O hətta iddia edib ki, icra hakimiyyəti ondan tikintiyə icazə üçün 300 min manat rüşvət tələb edib. Daha sonra tikinti işlərinə icazə verilib.

Bundan başqa, “İrşad” oteli ilə bağlı daha bir qalmaqallı məlumatı Dubayda yaşayan iş adamı İsa Məhəmməd Salih səsləndirib. O iddia edib ki, 1996-cı ildə Bakıda namizədlik dissertasiyasını müdafiə edib. Elmi rəhbəri isə Rafiq Əliyev olub.

Elə həmin vaxt onlar Bakı İslam Universitetinin tələbələri üçün yataqxana tikintisi barədə razılığa gəliblər. Otel fəaliyyətə başladıqdan sonra İsa Məhəmməd Salihə 2 il ərzində gəlirlərdən pay verilib. Lakin Rafiq Əliyev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri olduqdan sonra dubaylı iş adamı ilə əlaqələri kəsib və ona heç bir ödəniş etməyib.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!