Maradona alkoqolizimdən əziyyət çəkir
04 İyl 2020 17:34
544

Maradona alkoqolizimdən əziyyət çəkir

Dieqo Maradona pis vərdişlərindən əl çəkə bilmir. 

Yenisabah.az xarici mətbuata istinadən xəbər verir ki, hazırda Argentinanın “Ximnasiya” klubunun baş məşqçisi olan Dieqo Maradonanın şəxsi həkimi Leopol Luke bildirib ki, əfsanəvi futbolçu yeni problemlə üzləşib.

Həkimin dediklərinə görə, Maradona hazırda alkoqolizmdən əziyyət çəkir.

Xatırladaq ki, daha əvvəl əfsanəvi futbolçu narkotika asılılığından qurtulmaq üçün müalicə olunub.

“Onun bədəni narkotikadan təmizlənib. Amma indi alkoqollla bağlı problem yaranıb. O, bəzən çox içir. Biz indi bunu aradan qaldırmaq üzərində işləyirik. Karantin və ailəsindəki problem ona pis təsir edib. Son vaxtlar o, xüsusi preparatlar qəbul edir. Biz bunun dozasını aşağı salmağ düşünürük”, - deyə həkim bildirib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər