Marşurut avtobuslarının hərəkəti dayandırılacaq?  - Cavab
28 Mart 2020 12:03
159

Marşurut avtobuslarının hərəkəti dayandırılacaq? - Cavab

“Hazırda Bakı şəhəri üzrə 2100 avtobus günlik olaraq xəttə çıxır, onların sayında azalma yoxdur”.

Yenisabah.az xəbər verir ki, bunu  Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirib.

M.Ağayev qeyd edib ki, Agentlik tərəfindən daşıyıcılara bir neçə tapşırıq verilib:

“Bunlardan biri gündəlik xəttə çıxarılan avtobus sayının azaldılmamasıdır. Və tərəfimizdən buna nəzarət olunur. Digər tapşırıq epidemik vəziyyət nəzərə alınmaqla, intervalların tənzimlənməsidir”.

Agentlik rəsmisi sürüclərə qoyulan planın azaldılması məsələsinə gəlincə, bu  səlahiyyətin daşıyıcılarda olduğunu diqqətə çatdırıb:

“Biz plan qoymuruq. Ona görə bununla bağlı hansısa göstəriş verə bilmərik”.

M.Ağayev müntəzəm marşrut xətlərinin fəaliyyətinin tamamilə dayandırılacağı vaxtla bağlı konkret qərarın olmadığını deyib:

“Hazırda məsələ gündəmdədir. Avtobusların fəaliyyətinin tamamilə dayandırılması vətəndaşların karantin qaydalarına riayət etməsindən asılı olacaq”. (Modern.az)

 

Oxşar xəbərlər